İndi zəng edin: 077 435 33 31

Bu “İstifadə Qaydaları" müqaviləsi ("Müqavilə"), bir tərəfdən Azərbaycan Respublikası qanunları əsasında fəaliyyət göstərən “GP Trade” MMC (“GP Trade”, “Satıcı”, “biz” və ya ”bizim”) digər tərəfdən sizin ("Alıcı", "siz", "sizin") şəxsinizdə aşağıdakı şərtlərlərlə bağlanılır və elektron olaraq qəbul edilkdikdən dərhal sonra qüvvəyə minir.

 

1. Müqavilənin predmeti

Müqavilənin predmetini Satıcıya məxsus mebelle.az veb-saytından istifadə və veb-sayt vasitəsilə məhsulların satışıyla ilə əlaqədar münasibətlərin tənzimlənməsi təşkil edir.

 

2. Qeydiyyat və sifariş

2.1. Alıcı veb-sayt üzərindən qeydiyyatdan keçmək, habelə sifariş vermək üçün 18 (on səkkiz) yaşını tamamlamış  olmalıdır;

2.2. Alıcı qeydiyyatdan keçərkən, habelə qeydiyyatdan keçmədən məhsul sifariş verərkən doğru, düzgün, tam və etibarlı məlumat daxil etməlidir;

2.3. Satıcı, Müqavilənin 2.1. və 2.2. bəndlərinin tələblərinin pozulması nəticəsində sifarişin təmin edilməsiylə bağlı yaranan problenlərə görə məsuliyyət daşımır;

2.4. Satıcı sifarişi qəbul etdikdən sonra, habelə çatdırılma zamanı Alıcıdan şəxsiyyəti təsdiq edən rəsmi sənəd və ödəniş üçün istifadə olunan bank kartının müvafiq olaraq surətini və ya əslini tələb etmək, tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə sifarişi təhvil verməkdən imtina etmək hüququna malikdir;

 

3. Sifarişin ləğvi

3.1. Alıcı sifariş verdiyi sutka ərzində müvafiq əlaqə vasitələriylə müraciət edərək sifarişi ləğv etmək hüququna malikdir;

3.2. Sifariş ləğv edilidikdə Satıcı ödənilmiş məbləği, ödəniş xərcləri çıxılmaqla, 7 (yeddi) iş günü ərzində Alıcıya, sifariş zamanı seçilmiş ödəniş metoduna müvafiq olaraq geri qaytarmalıdır;

 

4. Çatdırılma

4.1. Alıcı sifariş zamanı məhsulun ünvana çatdırılmasını, çatdırılma nöqtəsinə çatdırılmasını və ya Satıcının müvafiq ünvanında təhvil almağı seçmək hüququna malikdir; 

4.2. Çatdırılma xidməti şəhər daxili ödənişsizdir və şəhər kənarı üçün ünvana uyğun olaraq alıcı məlumatlandırılır ;

4.3. Satıcı sifarişi müvafiq məhsulun veb-sayt səhifəsində qeyd edilən müddət ərzində Alıcıya çatdırmalıdır;

4.4. Satıcı çatdırılmanı üçüncü tərəf və ya tərəflər vasitəsiylə həyata keçirdiyi təqdirdə çatdırılma zamanı baş vermiş gecikmələrə görə məsuliyyət daşımır, lakin bu kimi halların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir; 

 

5. Dəyişdirmə və ya geri qaytarma

5.1. Alıcı sifariş verdiyi məhsulda yalnız rəng və modeldə Satıcının yanlışlığı olarsa geri qaytarmaq hüququna malikdir;

5.2. Alıcı sifariş verdiyi məhsulda qüsur, zədə və ya ölçüdə səhv aşkarlanarsa məhsulda düzəliş etdirmə və dəyişdirmə hüququna malikdir. Satıcı dəyişiklikləri etməkdən imtina edərsə, Alıcı geri qaytarmaq hüququna malik olur.

5.3. Satıcı, dəyişdirmək və ya geri qaytarmaq tələb olunan məhsulun ölçüsü, vəziyyəti, forması və ya rəngi Alıcının sifarişinə tam olaraq uyğun olduğu təqdirdə məhsulu dəyişdirməkdən və ya geri qaytarmaqdan imtina etmək hüququna malikdir;

5.4. Məhsul geri qaytarıldıqda, Satıcı ödənilmiş məbləği, ödəniş və çatdırılma xərcləri çıxılmaqla, 7 (yeddi) iş günü ərzində Alıcıya, sifariş zamanı seçilmiş ödəniş metoduna müvafiq olaraq geri qaytarmalıdır;

 

6. Məlumatların toplanılması və isitfadəsi

6.1. Satıcı göstərilən xidmətlərin səmərəliliyini artırmaq, habelə daha effektiv marketinq kampaniyaları aparmaq məqsədiylə Alıcıya aid məlumatları, bank kartı və digər əlaqədar ödəniş məlumatları istisna olmaqla, toplamaq, saxlamaq və istifadə etmək hüquqna malikdir;

6.2. Alıcı veb-sayta daxil olarkən göstərilən xəbərdarlıqdan sonra veb-saytdan istifadə etməyə davam edərək Satıcıya Müqavilənin 6.1. bəndində qeyd edilən məqsədlərlə müvafiq məlumatların toplanılmasına razılıq verdiyini bəyan edir;

 

7. Məxfilik

7.1. Satıcı, qeydiyyatdan keçərkən və ya qeydiyyatsız sifariş verərkən Alıcı tərəfindən təqdim edilən məlumatları üçüncü tərəflərə ötürə bilməz;

7.2. Satıcı, məhsul sifarişi zamanı təqdim edilən bank kartı və digər ödəniş məlumatları ilə tanış ola, özündə saxalaya və ya üçüncü tərəf və ya tərəflərə ötürə bilməz;

7.3. Satıcı, Alıcıya məxsus məlumatların təhlükəsizliyini təmin etməlidir;

 

8. Mübahisələrin həll edilmə qaydası

8.1. Müqavilənin icrası və ləğvi zamanı baş verə biləcək bütün mübahisələr tərəflər arasında danışıqlar yolu lə həll edilir;

8.2. Mübahisələrin danışıqlar yolu ilə həlli mümkün olmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir; 

8.3. Hər bir tərəf Müqavilə üzrə öhdəliklərini icra etməməsinə görə digər tərəfə dəymiş zərəri tam həcmdə ödəməlidir;

 

9. Fors-Major

9.1. Müqavilə bağlandıqdan sonra tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülə biləcək tədbirlərə təsir etməyə qadir olmadıqları hadisələr nəticəsində qarşısıalınmaz qüvvə şəraiti yarandıqda və bu səbəbdən Müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerirə yetirilmədikdə tərəflər məsuliyyətdən azad edilirlər;

9.2. Qarşısıalınmaz qüvvə hallarına o hadisələr aiddir ki, tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşımırlar, məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətil, dövlət orqanlarının qərarları, Müqavilənin icar edilməsinə mane olan hər hansı xarakterli hərbi əməliyyatlar, terror aktları;

9.3. Qarşısıalınmaz qüvvə hallarına istinad edən tərəf bu halların baş verdiyi haqqda digər tərəfə dərhal yazılı məlumat verməlidir; 

9.4. Əgər öhdəliklərin yerinə yetirilməməsi 1 (bir) aydan çox davam edərsə, hər bir tərəf digər tərəfə bildirməklə Müqaviləni birtərəfli ləğv hüququna malikdir;

Tarix: 06 aprel 2021-ci il